ABŞ Ermənistanda bioloji silah yaradırmış | Tam məxfi

// Gizli sənədlər mediaya sızdırılıb

   ABŞ Ermənistanda bioloji silah yaradırmış    | Tam məxfi
  26 Fevral 2025    Oxunub:631
ABŞ-nin Ermənistandakı hərbi attaşesi Kevin Stil ilə “ACCU Reference Medical Lab” laboratoriyasının rəhbərliyi arasındakı gizli yazışmalar mediaya sızıb. 2024-cü ilin sentyabr ayında baş tutmuş yazışmalardan bəlli olur ki, ABŞ Ermənistanda bioloji silah yaratmaq üzərində işləyirmiş.
Söhbət FMD virusunun (SAT-2 serotip) dəyişdirilməsi yolu ilə yeni, təhlükəli patogenin yaradılmasından gedir.

Virus üçün bioloji nümunələr gizli yolla Türkiyə torpaqlarında əldə edilərək, Ermənistana keçirilirmiş.


Ermənistanda 2008-ci ildən fəaliyyət göstərən laboratoriyaların fəaliyyətində heç bir şəffaflıq olmayıb.

Türkiyə mediası yazır ki, bu təcrübələr Ermənistanın bütün qonşuları, o cümlədən, Orta Asiya ölkələri üçün ciddi təhlükə törədib.

Samir Quliyev
AzVision.az


Teqlər: ABŞ   Ermənistan   Bioloji-silah  





Xəbər lenti